"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xəbərlər

Siyəzən şəhərində Fondun dəstəyi ilə maarifləndirici tədbir keçirilib

Fevralın 28-də Siyəzən şəhər Mədəniyyət evində Siyəzən şəhər “Cümə” məscidi dini icmasının təşkilatçılığı və Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi ilə “Mərhəmət insanı ucaldan dəyər” adlı layihə üzrə növbəti maarifləndirici tədbir baş tutub.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Hüquq və Qeydiyyat şöbəsinin Kadrlarla iş sektorunun müdiri Aqşin Əliyev, Siyəzən Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Balabəy Balabəyov, DQİDK–nın Quba bölgəsi üzrə şöbəsinin müdir müavini Ramin Xudayev, “Cümə” məscidi dini icmasının sədri Qənimət Pirəliyev, gənclər, ziyalılar və rayon ictimaiyyəti iştirak edib.
Çıxışlar zamanı İslam dininin əxlaqi dəyərlərə, ülvi hislərə, insan və cəmiyyət, fərd və şəxsiyyət arasındakı münasibətlərin saflığına və qorunmasına verdiyi önəmdən danışılıb, mərhəmət hissinin bəşər tarixində insan mənəviyyatının formalaşması və zənginləşməsindəki rolundan bəhs edilib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

calendar 28-02-2020, 15:44 eye 1 275 eye Paylaş