"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xəbərlər

Fondun maliyyə dəstəyi ilə Saatlıda “Azərbaycançılıq birliyimiz, dəyərimizdir” layihəsi çərçivəsində tədbir keçirilib

Yanvarın 16-də Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Saatlı rayonu Şirinbəy kənd məscidi dini icmasının təşkilatçlığı ilə “Azərbaycançılıq birliyimiz, dəyərimizdir” layihəsi çərçivəsində “Milli-mənəvi dəyərlərimiz keçmişimiz, bu günümüz və gələcəyimizdir” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Dini maarifləndirmə işinin təşkili şöbəsinin məsləhətçisi Saleh Aslanov, DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin müdiri Cavanşir Bəhrəmov, şöbənin əməkdaşı Elvin İbrahimov, Saatlı RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Azər Həsənov,  Saatlı rayonu Şirinbəy  kənd məscididini icmasının sədri Mürsəl Bədirov, icma üzvləri, rayon ictimaiyyətinin nümayəndələri, ziyalılar və gənclər iştirak edib.
Çıxışlar zamanı qeyd olunub ki, Azərbaycanda milli-mənəvi dəyərlərin qorunması, təbliği istiqamətində mühüm işlər görülür və bu işlər davam etdiriləcək. Prezident İlham Əliyev tərəfindən bütün sahələrdə olduğu kimi, din, milli-mənəvi dəyərlərin qorunması sahəsində də ardıcıl siyasət həyata keçirilir. Dövlət başçısının Fərmanı ilə Dövlət Komitəsinin tabeliyində yaradılan Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən milli-mənəvi dəyərlərin düzgün təbliği istiqamətində kompleks tədbirlər həyata keçirilir. Eyni zamanda Azərbaycançılıq ideologiyasında dini-mənəvi dəyərlərin mühüm yer tutduğu, milli-mənəvi dəyərlərin xalqın mənəviyyatı, dünyagörüşü, həyat və düşüncə tərzinin ayrılmaz hissəsini təşkil etdiyini vurğulanıb. Həmçinin bildirilib ki, mənəvi dəyərlərin təbliği, gənclərin maarifləndirilməsi, din xadimlərinin vətəndaşların dini maarifləndirmə işində yaxından iştirakı diqqət mərkəzində olan məqamlardandır.
Tədbirin sonunda iştirakçıları maraqlandıran sullar cavablandırılıb və Mənəvi Dəyərlərin Təbliği Fondunun sifarişi ilə nəşr edilmiş ədəbiyyatlar paylanılıb.

calendar 16-01-2020, 10:49 eye 1 021 eye Paylaş