"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xəbərlər

Fondun dəstəyi ilə Masallıda “Azərbaycanda xeyirxahlıq ənənələri” mövzusunda tədbir keçirilib

Dekabrın 29-da Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi və Masallı rayonu Qızılavar kəndi “Peysə” məscidi dini icmasının təşkilatçılığı ilə “Azərbaycanda xeyirxahlıq ənənələri” adlı layihə çərçivəsində “Xeyirxahlıq nümunələrini təbliğ edək” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin   (DQİDK)  Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşları Kamil Bağırov, Ayıq Səmədov, Qızılavar kəndi “Peysə” məscidi dini icmasının sədri Səxavət Mirzəyev, ictimaiyyət nümayəndələri və gənclər iştirak edib.
Çıxışlar zamanı Azərbaycanda xeyirxahlıq ideyalarının yaranması və inkişafının öz kökləri ilə qədim tarixə bağlılığından, illərdən bəri xalqın təfəkkür, yaşayış tərzində mövcud olmuş, formalaşmış və daim yeni əlamətlərlə zənginləşməsindən, xalqın milli dəyərləri kimi bu ideyaların xalq yaradıcılığında, bədii əsərlərdə də öz əksini tapmasından, xeyirxahlığın hamıya yaxşlıq hissi olaraq xalqımızın ayrılmaz və özünəməxsus  xüsusiyyətlərindən olmasından danışılıb.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

calendar 30-12-2019, 08:37 eye 864 eye Paylaş