"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xəbərlər

Fondun dəstəyilə Beyləqanda “Azərbaycançılıq əsas mənəvi dəyərmizdir ” mövzusunda maarifləndirici tədbir keçirilib

Noyabrın 19-da  Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi   və Beyləqan rayonu Qarallar  kənd məscidi dini  icmasının   təşkilatçılığı ilə Beyləqan rayonunun N saylı hərbi hissəsində "Milli mənəvi və əxlaqi dəyərlərin gənclər arasında təbliği”  layihəsi çərçivəsində  “Azərbaycançılıq əsas mənəvi dəyərmizdir ” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İmişli bölgəsi üzrə şöbəsinin  əməkdaşı Bəhrəm Ədalətoğlu, Beyləqan rayonu Qarallar kənd məscidi dini icmasının sədri Səbuhi İbadov, Beylqan rayon “N” saylı hərbi hissənin komandirinin  ideoloji və mənəvi-psixoloji  təminat   üzrə müavini  Elşən Qurbanov, hərbi qulluqçular və şəxsi heyət iştirak edib.
Çıxışlar zamanı qeyd olunub ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən böyük uzaqgörənliklə qoyulan azərbaycançılıq ideologiyası ətrafında xalqımız sıx birləşib. Gənclər arasında milli-mənəvi dəyərlərin təbliğinin vacibliyindən danışan natiqlər azərbaycançılıq ideologiyasının milli-mənəvi dəyərlərimizin tərkib hissəsi olduğunu diqqətə çatdırıblar.
Beylqan rayon “N” saylı hərbi  hissənin komandirinin  ideoloji və   mənəvi psixoloji  təminat  üzrə müavini Elşən Qurbanov tədbirlərin mütəmadi olaraq keçirilməsinin əhəmiyyətli olduğunu vurğulayaraq gənclər arasında aparılan təbliğatın əhəmiyyətindən soz açdı.O, qeyd etdi ki,  Azərbaycançılığın ideoloji konsepsiyasında əsas xüsusiyyətlər kimi dövlətçilik, dövlətçiliyi və xalqın milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, ərazi bütövlüyünü bərpa etmək uğrunda mübarizə aparmaq hər birimizin müqəddəs borcu olaraq önə çəkilir, bu günümüzə qədər qorunub saxlanılmış dilimiz, dinimiz, adət və ənənələrimiz bütövlükdə mənəvi sərvətlərimiz hesab olunur.
Tədbirin sonunda  iştirakçıları maraqlandıran sullar cavablandırılıb.

calendar 20-11-2019, 12:10 eye 988 eye Paylaş