"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Haqqımızda

Fondun loqosu

2018-ci ilin avqustun 2-də Mənəvi Dəyərlərin Təbliği Fondunda 13.07.2018-ci il tarixində elan olunmuş loqo müsabiqəsinin qalibinin müəyyənləşdirilməsi məqsədi ilə yaradılmış komissiyanın iclası keçirilib. İclasda müsabiqədə təqdim olunmuş loqo nümunələri komissiya üzvlərinə təqdim edilib və müzakirələr aparılıb. Təqdim edilən nümunələr elan edilən parametrlər üzrə qiymətləndirilib və Nicat Qəribovun təqdim etdiyi nümunə müsabiqənin qalibi seçilib.

Loqoda multukulturalizmi və tolerantlığı əks etdirən, o cümlədən 8 güşəni formalaşdıran insan formasında simvollar birlik və həmrəylik kimi dəyərləri ifadə edir. Loqonun tam mərkəzində dövlətçiliyimizin rəmzlərindən olan 8 güşəli ulduz və ulduzun mərkəzində alov şəkli yer alıb. Qalxana bənzədilmiş dairə formasındakı simvollar isə milli-mənəvi dəyərlərimizin qorunması və təbliği mənasına gəlir.