"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev
.
Hatəm Gülməmmədov

İcraçı direktorun müavini

Haqqında

Gülməmmədov Hatəm Qürbət oğlu 18 iyul 1989-cu ildə Bakı şəhərində anadan olub. 1996-2007-ci illərdə Suraxanı rayonu Hövsan qəsəbəsi Mehdi Mehdiyev adına 280 saylı orta məktəbdə oxuyub. 2007-2011-ci illərdə Azərbaycan İctimai-Siyasi Universitetinin Regionşünaslıq (Yaxın və Orta Şərq ölkələri) ixtisası üzrə bakalavr dərəcəsini bitirib. Hal-hazırda Azərbaycan Dövlət İqtisad Universitetində Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə təhsil alır.
2012-2014-cü illərdə Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində çalışıb. 2014-2019-cu illərdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsində baş məsləhətçi, Bakı şəhəri üzrə şöbəsində məsləhətçi vəzifələrində, 2019-2020-ci illərdə isə Mənəvi Dəyərlərin Təbliği Fondunda şöbə müdiri vəzifəsində çalışıb. 14 sentyabr 2020-ci il tarixində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin əmri ilə Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorunun müavini vəzifəsinə təyin edilib.
Ailəlidir, 2 övladı var.