"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

“Kitab ən gözəl hədiyyədir” adlı yeni aksiyaya start verilir

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibətilə Mənəvi Dəyərlərin Təbliği Fondu, YAP Könüllüləri və “Azərkitab” Kitab Mərkəzi “Kitab ən gözəl hədiyyədir” adlı yeni aksiyaya start verir. Aksiya çərçivəsində ölkəmizdə toplanan kitablar (əsasən bədii ədəbiyyat, mədəniyyət, incəsənət və dəyərlərlə bağlı) Gürcüstanda yaşayan soydaşlarımız arasında təmənnasız paylanacaqdır. “Kitab ən gözəl hədiyyədir” aksiyasına qoşulmaq istəyənlər Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin bədii əsərlərini, eləcə mədəniyyət, incəsənət və dəyərlərlə bağlı kitabları göstərilən ünvanlara təqdim edə bilərlər

calendar 12-02-2020, 14:53 eye 1 308 eye Paylaş