"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xəbərlər

ASAN radioda bu gün saat 16:05-də yayımlanacaq “Mənəvi dəyərlər” radio-verilişinin qonaqları inşa-yazı müsabiqəsinin qalibləri olacaq

Bu gün saat 16:05-də yayımlanacaq Mənəvi Dəyərlərin Təbliği Fondunun və ASAN Radionun birgə layihəsi olan “Mənəvi dəyərlər” radio-verilişinin qonaqları Fondun təşkilatçılığı və Azərbaycan Respublikasının Təhsil Nazirliyinin dəstəyi ilə Bakı məktəbliləri arasında təşkil olunan “Mənəvi dəyərlərimiz məktəblilərin gözü ilə” inşa-yazı müsabiqəsinin qalibləri, 287 saylı "Zəkalar" liseyinin 9-cu sinif şagirdi Ağamirzadə Əsmər (I yer), 8 saylı tam orta məktəbin 9-cu sinif şagirdi Əliyeva Nərmin (II yer) və 300 saylı tam orta məktəbin 10-cu sinif şagirdi Gəncəliyeva Nəzrin (III yer) olacaq. Dinləməyi unutmayın!

calendar 1-11-2018, 14:33 eye 1 133 eye Paylaş