"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xəbərlər

Lənkəranda növbəti maarifləndirici tədbir keçirilib

Yanvarın 11-də Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Lənkəran   rayonu Göyşaban  kənd məscidi dini icması tərəfindən həyata keçirilən “Milli-mənəvi dəyərlərimiz və İslam həmrəyliyi” adlı layihə çərçivəsində rayonun Tatoba kənd Sənətkarlıq klubunda  maarifləndirici tədbir keçirilib.
“Milli-mənəvi dəyərlərimizi qoruyaq” mövzusunda keçirilən tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli, Göyşaban  kənd məscidi dini icmasının sədri Marafat Musayev, Osakücə kənd məscidi  dini icmasının sədri Rizvan Dadaşov, Tatoba kənd tam orta məktəbinin direktoru Zahid Cəfərov, Tatoba kənd Sənətkarlıq klubunun direktoru Mahir Həsənov və kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli çıxışında qeyd edib ki, bu tədbirlərin keçirilməsində məqsəd milli-mənəvi dəyərlərimizin qorunması, gənclər arasında təbliği və gələcək nəsillərə çatdırılmasıdır. E.Həmidli xalqımızın Ümummili Lideri Heydər Əliyevin milli-mənəvi və dini dəyərlərimizin qorunması sahəsində mühüm xidmətlər göstərdiyini diqqətə çatdırıb.
Osakücə kənd məscidi dini icmasının sədri Rizvan Dadaşov  çıxışında milli-mənəvi dəyərlərimizin qorunmasının və gənclərimizin bu dəyərlər ruhunda formalaşmasının  zəruriliyini vurğulayıb.
Tatoba kənd tam orta məktəbinin direktoru Zahid Cəfərov və digərləri çıxışlarında mövzunun aktuallığı ilə bağlı fikirlərini bildiriblər. 
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

calendar 11-01-2019, 12:22 eye 710 eye Paylaş