"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev
.
Mehman İsmayılov

İcraçı direktor

Haqqında

İsmayılov Mehman Qurban oğlu 14 avqust 1978-ci ildə Zaqatala rayonunun Yuxarı Tala kəndində anadan olub. 1985-ci ildə Zaqatala rayonu Aşağı Tala kənd 1 saylı orta məktəbin I sinfinə getmiş və 1995-ci ildə həmin məktəbin XI sinfini bitirmişdir. 1995-2000-ci illərdə Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsində təhsil almışdır. İlahiyyat fakültəsini qırmızı diplomla bitirdikdən sonra 2000-ci ildə Türkiyə Respublikasında Mərmərə Universiteti Sosial Elmlər İnstitutunda ilahiyyat (təfsir) sahəsi üzrə magistraturaya daxil olmuş və 2002-ci ildə “XX əsrdə Azərbaycanda yazılan Quran tərcümələri və təfsirlər” adlı magistratura işini hazırlayaraq məzun olmuşdur. 2002-ci ildə Bakı İslam Universitetinin Zaqatala şöbəsində təfsir müəllimi kimi fəaliyyətə başlamışdır. 2003-cü ildə yenə Mərmərə Universiteti Sosial Elmlər İnstitutunda ilahiyyat (təfsir) sahəsi üzrə doktoranturaya qəbul olunmuşdur. 2008-ci ildə “Quranda Sosial İnteqrasiya” adlı elmi işini müdafiə edərək doktorantura təhsilini başa vurmuş və ilahiyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsinə yiyələnmişdir. Doktorantura təhsili başa çatdıqdan sonra 2008-2012-ci illərdə Bakı İslam Universitetinin Zaqatala şöbəsində müəllimlik fəaliyyətinə davam etmişdir. 2012-ci ilin may ayının 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şimal-qərb bölgəsi üzrə şöbəsinin müdiri vəzifəsinə təyin olunmuşdur. 2015-ci ilin aprel ayından 2017-ci ilin dekabrınadək Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri vəzifəsində işləmişdir. 2017-ci ilin dekabr ayının 22-dən etibarən isə DQİDK tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorudur. 
 2 kitab müəllifidir, müxtəlif elmi məcmuə və jurnallarda 15 elmi məqaləsi, onlarla məqalə və tərcümələri dərc olunub. Bir çox seminar, konfrans və simpoziumlarda məruzələri olub. Ailəlidir. 2 qız övladı var.