"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xəbərlər

“Aprel döyüşləri və şəhid-heykəltaraş Samir Kaçayev” adlı müsabiqə-sərgiyə start verilir

Tələbə-rəssamların nəzərinə!
Mənəvi Dəyərlərin Təbliği Fondu, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası və “Sənətşünaslığın təbliği” ictimai birliyi “Aprel döyüşləri və şəhid-heykəltaraş Samir Kaçayev” mövzusunda müsabiqə-sərgi keçirir.
Müsabiqədə respublikanın ali təhsil ocaqlarında (Bakı, Gəncə, Naxçıvan, Lənkəran) təhsil alan tələbə-rəssamların iştirakı nəzərdə tutulub. Müsabiqəyə təsviri və dekorativ-tətbiqi sənət nümunələri təqdim oluna bilər. Əsərlər sərgidə nümayiş olunmaq üçün hazır vəziyyətdə olmalıdırlar.
Müsabiqənin qaliblərinə pul mükafatları və diplomlar təqdim olunacaqdır.
Əsərlər mart ayının 25-nə kimi Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının muzey-sərgi kompleksinə təqdim olunmalıdır. Sərginin açılışı aprelin 1-də - Aprel döyüşlərinin ildönümü ərəfəsində keçiriləcəkdir.
Gənc yaradıcılarımızı bu önəmli, bədii-mənəvi əhəmiyyətli tədbirdə iştirak etməyə dəvət edirik!

calendar 2-03-2020, 11:18 eye 1 493 eye Paylaş