"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Mənəvi Dəyərlərin Təbliği Fondu müsəlman dini icmalarla birlikdə “Şəhid ailələrinə Ramazan sovqatı” aksiyasına start verib

Aksiyanın ilk tədbiri Xəzər rayonunda baş tutub. Belə ki, Mənəvi Dəyərlərin Təbliği Fondunun nümayəndələri və Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi “Heydər Cümə” məscidi dini icmasının üzvləri Xəzər rayonundan olan Vətən Müharibəsi şəhidlərinin ailə üzvlərini ziyarət ediblər. Mübarək Ramazan ayı münasibətilə Fondun maliyyə dəstəyi ilə başladılan aksiyada şəhid ailələrinin hər birinə 100 (yüz) manat məbləğində alış-veriş kartı təqdim edilib. Qeyd edək ki, aksiya çərçivəsində Ramazan ayı boyunca ölkənin 13 şəhər və rayonunda yaşayan Vətən Müharibəsi şəhidləri ailələrinin ziyarəti nəzərdə tutulub.

calendar 27-04-2021, 10:55 eye 733 eye Paylaş