"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xəbərlər

Yardımlıda Fondun dəstəyi ilə “Müasir cəmiyyətdə ailə dəyərlərinin qorunması” adlı layihə çərçivəsində tədbir keçirilib

Dekabrın 13-də Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi və Yardımlı rayonu Çayüzü kənd məscidi dini icmasının təşkilatçılığı ilə “Müasir cəmiyyətdə ailə dəyərlərinin qorunması” adlı layihə çərçivəsində “Ailə, məktəb və cəmiyyət” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin   (DQİDK)  Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin Hüseynli, Yardımlı Rayon İcra Hakimiyyətinin məsul işçisi Əlisa Səlimov,Yardımlı Rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Şəhriyar Şabıyev, Çayüzü kənd məscidi dini icmasının sədri Əli Orucov, içtimaiyyət nümayəndələri və gənclər iştirak edib.
Çıxışlar zamanı cəmiyyətdə valideyn-övlad münasibətləri məsələsinə xüsusi diqqətin ayrılması, milli-mənəvi dəyərlərin qorunub saxlanılaraq gələcək nəsillərə çatdırılması, gənclərin yaşlılara hörmət ruhunda tərbiyə olunması, sağlam həyat tərzinin təbliği, ailədəki psixoloji iqlimin insanların ailədaxili və cəmiyyətdəki münasibətlərinə təsiri və s. mözulara toxunulub.
İştirakçılar belə layihələrin keçirilməsinə görə Mənəvi Dəyərlərinin Təbliği Fonduna  minnətdarlığını bildirib.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

calendar 13-12-2019, 21:31 eye 915 eye Paylaş