"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xəbərlər

Fondun dəstəyilə Lerikdə “Erkən nikahlar ailə dəyərlərimizə təhlükədir” mövzusu müzakirə edilib

Noyabrın 15-də Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Lerik  rayonu Lüləkəran kənd məscidi dini icmasının təşkilatçılığı ilə “Ailə mənəvi dəyərlərimizin tərkib hissəsidir” adlı layihə çərçivəsində “Erkən nikahlar ailə dəyərlərimizə təhlükədir” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, Dövlət Komitəsinin Dini qurumlarla iş üzrə şöbəsinin əməkdaşı Anar Əliyev, Qafqaz Müsəlmanları İdarəsinin Lerik rayonu üzrə səlahiyyətli nümayəndəsi İlham Əliyev, Lüləkəran kənd məscidi dini icmasının sədri Rauf Əliyev, rayon gəncləri və ictimaiyyət nümayəndələri iştirak edib. 
Çıxışlar zamanı milli-mənəvi dəyərlərimiz və onun tərkib hisssəsi olan ailə dəyərləri haqqında danışılıb. Erkən nikahlar və onların mənfi fəsadları tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Vurğulanıb ki, ölkəmizdə mövcud olan ailə dəyərlərini qoruyub saxlamaq  olduqca vacibdir.

calendar 15-11-2019, 21:28 eye 1 208 eye Paylaş