"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xəbərlər

Pirallahıda “Gənclər arasında mənəvi-əxlaqi dəyərlərin təbliği” adlı layihə çərçivəsində maarifləndirici tədbir baş tutub

Noyabr 12-də Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Pirallahı Qəsəbə məscidi dini icmasının təşkilatçılığı ilə həyata keçirilən “Gənclər arasında  mənəvi-əxlaqi dəyərlərin təbliği” adlı layihə çərçivəsində maarifləndirici tədbir keçirilib.
Tədbirdə  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsini baş məsləhətçisi Ziyad Məmmədbəyli, Pirallahı Rayon İcra Hakimiyyətinin  İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Azad Namazov, Pirallahı qəsəbə məscidi dini icmasının  sədri Elçin Baxşeyiş, Zirə qəsəbəsi “Cümə” məscidi dini icmasının sədri Qədir Nəcəfov, dindarlar, ağsaqqallar və gənclər iştirak edib.
Tədbirdə qeyd olunub ki, hər bir xalqın sahib olduğu ən dəyərli miras onun milli-mənəvi dəyərləridir. Azərbaycan xalqının milli-mənəvi dəyərlər sistemi kifayət qədər zəngindir və xalq onu yüksək tutaraq daim nəsildən-nəsilə ötürür. Azərbaycan xalqı milli-mənəvi dəyərlərə sadiqdir, dünyada gedən qloballaşma prosesində özünəməxsus mədəniyyətini qoruyur. Bir xalqın, bir millətin gələcəyini bilmək və görmək üçün onun gənclərinə baxmaq kifayətdir. Bir xalq öz gələcəyinin parlaq olmasını istəyirsə, sahib olduğu gənc nəslin daha gözəl yetişməsi üçün əlindən gələni etməlidir. Xüsusilə də dəyərlər mühitində yetişən, milli-mənəvi, etik-əxlaqi dəyərlərə sahib olan gənclər bir xalqın parlaq gələcəyinin təminatçısıdırlar.
Sonda tədbir iştirakçıları ilə geniş fikir mübadiləsi aparılıb və onları maraqlandıran suallar cavablandırılıb. 

calendar 13-11-2019, 09:12 eye 1 334 eye Paylaş