"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xəbərlər

Binə qəsəbəsində Fondun dəstəyi ilə “Azərbaycan ailəsi – mənəvi dəyərlər xəzinəsi” adlı layihə çərçivəsində maarifləndirici tədbir keçirilib

Oktyabrın  29-da Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Xəzər rayonu Binə qəsəbəsi “İmam Rza”  məscidi dini icmasının təşkilatçılığı ilə həyata keçirilən “Azərbaycan ailəsi – mənəvi dəyərlər xəzinəsi” adlı layihə çərçivəsində  maarifləndirici tədbir keçirilib.
Tədbirdə  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Bakı şəhəri üzrə şöbəsinin müdiri Anar Kazımov, şöbənin əməkdaşı Ziyad Məmmədbəyli, Xəzər Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülbala Qurbanov, “İmam Rza”  məscidi dini icmasının sədri Həsən  Rüstəmov, dindarlar, ağsaqqallar və gənclər iştirak edib.
Tədbiri giriş sözü ilə açan “İmam Rza”  məscidi dini icmasının sədri  Həsən Rüstəmov milli-mənəvi dəyərlərin, xüsusilə də ailə dəyərlərinin təbliği istiqamətində görülən işlərin əhəmiyyəti barədə danışıb.
Daha sonra DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin müdiri Anar Kazımov çıxış edərək bildirdi ki, respublikamızın qazandığı uğurlar heç şübhəsiz ki, ümümmilli lider Heydər Əliyevin fəaliyyəti ilə birbaşa bağlıdır. Onun sözlərinə görə, ölkəmizdə bütün sahələrdə olduğu kimi, dini sahədə də problemlər aradan qaldırılıb, dövlət-din münasibətləri yeni mərhələyə qədəm qoyub. A.Kazımov onu da deyib ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən dini sahəyə, dindarlara diqqət və qayğı göstərilir. Bu gün dövlət başçımızın tapşırığı və şəxsi nəzarəti ilə tarixi-dini abidələrimiz dövlət tərəfindən əsaslı şəkildə təmir və bərpa edilərək dindarların istifadəsinə verilib. Həmçinin xalqımızın milli-mənəvi dəyərlərinin və çoxəsrlik adət-ənənələrinin qorunub saxlanılması, inkişaf etdirilməsi, dövlət-din münasibətlərinin tənzimlənməsi istiqamətində böyük işlər görülməkdədir.
Xəzər RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülbala Qurbanov bildirdi ki, Azərbaycan dövləti dövlət-din münasibətlərini ən yüksək səviyyədə qoruyaraq İslam dininə hörmət və xüsusi qayğı ilə yanaşır. Ölkəmizdə dövlət-din münasibətlərinin yüksək səviyyədə olmasının əsasında zəngin milli-mənəvi dəyərlərimiz dayanır.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

calendar 29-10-2019, 02:31 eye 1 375 eye Paylaş