"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xəbərlər

Şamaxı rayonunda “Ailə milli-mənəvi dəyərlərin daşıyıcısıdır” adlı layihənin icrasına başlanılıb

 Sentyabrın 5-də Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Şamaxı rayonu Məlhəm kəndi “Cümə” məscidi dini icmasının təşkilatçılığı ilə “Ailə milli-mənəvi dəyərlərin daşıyıcısıdır” adlı layihə çərçivəsində Məlhəm  kəndində maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Rəhim Rəhimli, Qafqaz Müsəlmanları İdarəsinin Şamaxı və Qobustan rayonları üzrə səlahiyyətli nümayəndəsi Mərəhmət Mustafayev, Şamaxı rayonu Məlhəm kənd “Cümə” məscidi dini icmasının sədri Təsəlli Mehbaliyev, məscidin imamı Yasin Novruzov və kənd ictimaiyyətinin nümayəndələri iştirak edib.
Çıxışlar zamanı bildirilib ki, ailə xalqımızın mənəvi dəyərlərinin daşıyıcısı kimi inkişafımızda mühüm rol oynamışdır. Cəmiyyətimizdə ailə anlayışı özünün sosial təyinatını və milli-mənəvi missiyasını tam şəkildə qoruyub saxlamaqdadır. Təsadüfi deyil ki, ailədən aşılanan müsbət mənəvi hisslər  ictimai mühitə də təsir edir. 

calendar 6-09-2019, 14:05 eye 1 250 eye Paylaş