"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Lənkəranda “Mənəvi dəyərlərimizin təbliği dini radikalizmə qarşı mübarizə vasitəsi kimi” adlı maarifləndirici tədbir baş tutub.

Sentyabrın 5-də Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Lənkəran rayonu Qurumba kənd məscidi dini icmasının təşkilatçılığı ilə “Mənəvi dəyərlərimizin təbliği dini radikalizmə qarşı mübarizə vasitəsi kimi” adlı layihə çərçivəsində Bəlləbur  kəndində maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşları Emin Həmidli, Tacəddin Sadıqov, Qurumba kənd məscidi dini icmasının sədri Hacıhəsən Babayev, Bəlləbur kənd məscidi dini icmasının sədri Sabir Cəfərov, kənd məktəbinin direktoru Elçin Səfərov və kənd ictimaiyyətinin nümayəndələri iştirak edib.
Çıxışlar zamanı Ümummilli Lider Heydər Əliyevin milli-mənəvi dəyərlərimizin qorunması və inkişafı sahəsindəki misilsiz xidmətləri qeyd edilib. “Dinimiz milli-mənəvi sərvətimizdir” deyən Ulu Öndər H.Əliyevin böyük uzaqgörənliklə əsasını qoyduğu dövlət-din münasibətlərinin Azərbaycan modeli, tolerant və multikultural dəyərlər haqqında tədbir iştirakçıları məlumatlandırılıb.

calendar 6-09-2019, 13:59 eye 987 eye Paylaş